Manatın məzənnəsi ilə bağlı "The Economist"dən xoş proqnoz

13 Sentyabr 2024 10:28

Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir.

EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun