Nazir idarəyə yeni rəhbər TƏYİN ETDİ - FOTO

13 Sentyabr 2024 10:03

Cəlilabad Rayon Mədəniyyət idarəsi üzrə yeni rəhbər təyinatı olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Fuad Əzizov Mədəniyyət naziri tərəfindən Lənkəran Astara Regional Mədəniyyət İdarəsi rəisinin Cəlilabad Rayon Mədəniyyət idarəsi üzrə nümayəndəsi, sektor müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fuad Əzizov bu təyinata qədər Cəlilabadın Göytəpə şəhər ərazi nümayəndəsinin müavini vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun