Finlandiyada birinci sinif şagirdləri Rusiya sərhədini keçiblər

13 Sentyabr 2024 11:11

Finlandiyanın Rusiya ilə sərhədinə yaxın axan Kokkola çayına ekskursiyaya gedən Savonlinna şəhərindən olan birinci sinif şagirdləri tədbirdə iştirak etmək əvəzinə sərhədi keçiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, digərlərindən ayrılan beş-altı şagird meşəyə, sərhəd xəttinə qədər gedib və Rusiya tərəfinə keçib. Məktəblilər qırmızı-yaşıl sərhəd sütununun yanından keçərkən özlərini lentə alıblar.

Finlandiya sərhədçiləri məktəbliləri saxlayıblar. Adı açıqlanmayan məktəb direktorunun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun