Ronaldonu 1 milyarddan çox insan izləyir - Dünyada ilk!

13 Sentyabr 2024 09:57

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldo sosial şəbəkələrdə ümumilikdə bir milyard izləyici sayını keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə oyunçu "X" hesabında məlumat verib.

"Biz tarix yazdıq - 1 milyard izləyici! Bu, sadəcə bir rəqəmdən daha çoxdur. Bu bizim ümumi əzmimizin və sevgimizin sübutudur", - o yazıb.

Bununla da Ronaldo dünyada ilkə imza atıb.

Qeyd edək ki, ulduz futbolçu "Instagram", "Facebook", "X", "YouTube", "Kuaishou" və "Weibo" istifadəçisidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun