Azərbaycanda faciə: ata iki yaşlı oğlunu bilmədən öldürdü

13 Sentyabr 2024 09:16

Saatlıda avtomobil iki yaşlı uşağı vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxa-arxa idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib.

Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun