İlqar Mikayıloğlu verilişi bu xanımla aparacaq

13 Sentyabr 2024 09:02

Aparıcı İlqar Mikayıloğlunun "Günə bax" verilişində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu gün tamaşaçıların qarşısına həyat yoldaşı Zülfiyyə Bayramova ilə birlikdə çıxıb.

O qeyd edib ki, hər həftənin cümə axşamı proqramı xanımı ilə birlikdə aparacaq.

Cütlük birlikdə kişi və qadınlara aid mövzuları müzakirə edəcəklər.

Qeyd edək ki, İlqar Mikayıloğlunun verilişi ARB TV-də yayımlanır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun