Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR

16 Sentyabr 2024 12:45

Səhhəti pisləşdiyi üçün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli evə buraxılıb. Amma vəziyyəti ağır olaraq qalır.

Milli.Az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında sənətçi özü deyib:

"Xəstəxanadan çıxarıb evə gətiriblər. Amma vəziyyətim yaxşı deyil. Səhhətimdə irəliləyiş yoxdur. Güclə danışıram, yataq rejimindəyəm. Dava-dərman olunur, amma müalicənin xeyri yoxdur. Əməliyyat üçün də taqətim yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun