"Bəzən aşıq qızlar, eləcə də muğam ifaçıları elə geyinirlər ki, heç təmsil etdikləri sənətə uyğun gəlmir".
Milli.Az bildirir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi bəzi muğam ifaçıları və xanım aşıqların geyim tərzinə irad bildirib:
"Estrada ifaçıları ilə işimiz yoxdur, onlar ifa etdikləri musiqiyə uyğun necə istəyirlər, elə də geyinirlər. Amma bəzən aşıq qızlar, eləcə də muğam ifaçıları elə geyinir ki, təmsil etdikləri sənətə uyğun gəlmir. Onların geyim tərzi məni qane etmir. Saz və muğam sənəti elədir ki, geyiminə də fikir verməlisən, oturuşuna-duruşuna da. Əlbəttə, bu irad hamısına aid deyil, amma aralarında elələri var ki, tamaşaçı tərəfindən qəbul olunmur. Mən özüm 10 il veriliş apardım. Bir aparıcı açıq-saçıq geyinən kimi tamaşaçılar mənə canlı yayımda zəng vurub, etiraz edirdilər ki, Namiq müəllim, niyə onun elə geyinməyinə icazə verirsən? Açıq-saçıq geyinənləri efirə buraxmırdım. Deyirdim, səliqəli geyinin, verilişin aparıcısı, layihə rəhbəri aşıqdır. Yəni hesab edirəm ki, hər bir ifaçı oxuduğu musiqiyə uyğun da geyinməlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun