Əməkdar artist: “Özlərini orada tanıdırlar”

16 Sentyabr 2024 03:03

"İndiki dövrdə sənətə gəlməyə nə var ki... "

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Bəsti Sevdiyeva "Ay Zaur" verilişində deyib.

Sənətçi bu gün sosial şəbəkələr vasitəsi ilə tanınmağın daha asan olduğunu bildirib:

"Bizim vaxtımızda sənətə gəlmək, məşhur olmaq çox çətin idi. İndi sənətə gəlməyə nə var ki... O qədər sosial şəbəkələr var, özlərini orada tanıdırlar. Heç televizora çıxmasın, sosial şəbəkələr bəs edir ki, tanınsın, məşhurlaşsın. Amma sənət başqa şeydir. Əsl sənətlə məşğul olan gənclər üçün çətindir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun