Paşinyan ilə Blinken Azərbaycan-Ermənistan danışıqlar prosesini müzakirə ediblər

13 Sentyabr 2024 00:11

Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, tərəflər İrəvan ilə Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Paşinyanla Blinkenin Ermənistan və ABŞ arasında ikitərəfli gündəmdəki məsələləri müzakirə etdiyi də bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun