Lukaşenko Paşinyan haqqında: "Mən şəxsən onlara xəbərdarlıq etdim"

12 Sentyabr 2024 22:15

Qarabağda baş verənlər təkcə Ermənistan rəhbərliyinin günahıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusda yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

"Bütün dövlət başçıları ya susanda, ya da bunun əleyhinə olanda mən şəxsən onlara xəbərdarlıq etdim: bu əraziləri onlara (Azərbaycana) verin. Üstəlik, onlar (Ermənistan hakimiyyəti) bu ərazilərin "bizim ərazilərimiz olmadığını" qəbul ediblər. Həmin ərazilərdə hətta quşlar da yerə enməyib, uçmayıb, yəni orada insanlar olmayıb, heç kim yaşamırdı. Belə münbit təbii mühitdə, münbit torpaq olan yerdə insanlar yaşamırdılar", - deyə o, məcburi köçkün və qaçqın vəziyyətinə düşmüş azərbaycanlıları xatırladaraq bildirib.

A.Lukaşenko xatırladıb ki, o, bu regionu sülhə çağırıb, lakin Ermənistanda onlar fərqli mövqe tutublar: "Bəli, bu torpaqlar bizim torpaqlarımız deyil, buralar Azərbaycan torpaqlarıdır, amma biz onları qaytarmayacıq, müharibə edəcəyik".

"Və bu mənim xəttim idi. Mən bunu İrəvanda bağlı qapılar arxasında dedim. Sonra Putindən xahiş etdim. Artıq ikimiz Paşinyandan xahiş etməyə başladıq: "Bu problemi həll edin!" - Yox, biz müharibə edəcəyik. Axırda müharibədə heçnə eldə etmədiz. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Özün də etiraf etdin ki, Qarabağ Azərbaycanın ərazisidir", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun