“Çelsi”nin futbolçusunun sürücülük hüququ əlindən alındı

12 Sentyabr 2024 23:13

"Çelsi"nin futbolçusu Entso Fernandesin sürücülük hüququ əlindən alınıb. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, buna səbəb argentinalı yarımmüdafiəçinin cəzalarının çoxalmasıdır.

"Çelsi"nin üzvü yol hərəkəti qaydalarını pozduğu üçün dəfələrlə cəzalanıb. Onun cərimələri 3000 funt-sterlinqdən çoxdur və ödənilməyib.

Bu səbəbdən futbolçunun İngiltərədə avtomobil idarə etməyi qadağan olunub. Fernandes yalnız 2025-ci ildə sükan arxasına əyləşə biləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun