İsrail “HƏMAS” liderini ölü və ya diri tapıb mühakimə edəcək

12 Sentyabr 2024 21:54

İsrail radikal "HƏMAS" hərəkatının siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarı ölü və ya diri tapıb mühakimə edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalantı əmin edib.

O, həmçinin Sinvarı "Əl-Qaidə" terror təşkilatının qurucusu Üsamə bin Ladenlə müqayisə edib: "Yəhya Sinvar Qəzzanın yeni Usamə bin Ladenidir. Biz onu tapacağıq, mühakimə edəcəyik. Diri və ya ölü".

"Maariv" qəzeti daha əvvəl qeyd edib ki, İsrail hesab edir ki, Sinvarın ələ keçirilməsi və ya öldürülməsi HƏMAS hərəkatının idarəetmə iyerarxiyasının dağılmasına və sonradan onun buraxılmasına səbəb ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun