Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalisti axtarışa verib.
Milli.Az APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının sərhədini pozaraq Kursk vilayətinə qanunsuz daxil olmuş CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, "Deutsche Welle"dən Nikolas Konolli, həmçinin Ukrayna nəşrlərindən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində axtarış elan edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun