Avro-2028-in ev sahiblərindən olan Şimali İrlandiyadakı "Keysment Park" stadionunda yenidənqurma işlərinə hələ də başlanılmayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının birgə ev sahibliyi üçün namizədlik irəli sürdüyü vaxt siyahıda "Keysment Park" stadionu da yer alıb. Buna baxmayaraq, arenada yenidənqurma işlərinə start verilməyib.
1953-cü ildə inşa edilən arena 2013-cü ildən bəri istifadə edilmir. BBC-nin yaydığı məlumata görə, stadionun yenilənməyinə hüququ və maddi problemlər mane olub. Arenanın yenidənqurma işlərinə görə təkliflərin bir neçə dəfə rədd edildiyi qeyd olunub.
Bildirilir ki, turnirin başlamasına 4 ildən də az müddət qalmış "Keysment Park2da matçların keçirilməsi ehtimalı get-gedə daha da azalır.
"Keysment Park"ın yenilənməsi layihəsinin ümumi dəyəri 77,5 sterlinq olsa da, bu ilin mart ayında məbləğ artaraq 300 milyon sterlinq təşkil edib.
"Keysment Park" Avro-2028 üçün Şimali İrlandiyada namizəd göstərilən yeganə stadiondur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun