Azərbaycan taekvondoçusunun DÜNYA REYTİNQİ

12 Sentyabr 2024 16:03

Dünya Taekvondosu idmançıların yeni dünya reytinqini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 58 kq çəkidə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov ikinci yerdədir.

Azərbaycan taekvondoçusu Olimpiya finalındakı rəqibindən - koreyalı Tae-Conq Parkdan geri qalır.

120 reytinq xalına malik olan Qaşım liderdən 80 xal geri qalır. Eyni zamanda, idmançımız 3-cü yerdə qərarlaşan Məhəmməd Cendubini (Tunis) 78 xal qabaqlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun