Əməkdar artistin səhhəti pisləşdi - FOTO

12 Sentyabr 2024 15:37

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti pişləşib.

Milli.Az bildirir ki, bu haqda Axşam.az-a aktyorun qızı Nisə Rzayeva məlumat verib. O bildirib ki, atasında bir neçə ay əvvəl onkoloji xəstəlik aşkarlanıb.

"Müalicələr olundu, əlimizdən gələni etdik. Amma sağalmadı. İndi evdədir, həkimlər deyir ki, artıq edəcək heç nə qalmayıb. Nəfəs ala bilmir, vəziyyəti getdikcə ağırlaşır" deyə, N.Rzayeva bildirib.

Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun