Rəqs edən turisti ildırım vurdu - ANBAAN VİDEO

12 Sentyabr 2024 15:00

Gürcüstanın Batumi şəhərində rusiyalı turisti ildırım vurub. 32 yaşlı kişi möcüzəvi şəkildə sağ qalıb.

Milli.Az bildirir ki, oxu.Az-ın məlumatına görə, bu barədə "Shot" "Telegram" kanalı xəbər verib.

Şahidlərin sözlərinə görə, zərərçəkən yağışlı havada yerli balıq restoranlarından birinin yaxınlığında dostu ilə birlikdə rəqs edib və video çəkirmiş. Bu vaxt ildırım çaxıb və o yıxılıb.

Onun bədənindəki paltar alışıb. Hadisə yerinə təcili yardım gəlib. O, qarnında, belində və ayaqlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun hələ də sağ olmasına və ciddi xəsarət almamasına təəccübləniblər.

Hazırda o, Batumi respublika xəstəxanasında yerləşdirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun