Bayden, Harris və Tramp bir arada - FOTO

12 Sentyabr 2024 14:30

ABŞ prezidentliyinə namizəd Donald Tramp, rəqibi Kamala Harris və hazırkı Prezident Co Bayden Nyu-Yorkda 11 sentyabr hadisələrinin ildönümü mərasiminə qatılıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İlk debat zamanı üz-üzə gələn prezidentliyə namizədlər K.Harris və D.Tramp mərasimdə bir daha əl-ələ görüşüblər.

Donald Trampı vitse-prezident postuna namizəd Ceyms Devid Vans müşayiət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun