"Türkiyə Krımın ilhaqını tanımır".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.
O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: "Bu, beynəlxalq hüququn tələbidir".
Türkiyə lideri vurğulayıb ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun