iPhone 16-nın Azərbaycanda satışa çıxma tarixi açıqlandı

12 Sentyabr 2024 13:44

iPhone 16-nın Azərbaycanda satışa çıxma tarixi açıqlanıb.

Milli.Az bildirir ki, "Operativ Media"nın əldə etdiyi məlumata görə, iPhone 16  sentyabrın 28-də Azərbaycanda satışa çıxarılacaq.

Qeyd edək ki, sentyabrın 9-da ABŞ-nin "Apple" korporasiyası yeni məhsulları olan iPhone 16 yeni nəsil smartfonunun təqdimatını keçirib.

Qeyd edək ki, iPhone 16-nın Azərbaycanda satış qiyməti minimum 2 599 AZN-dən başlayacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun