Bakının mərkəzində ofis binasında FACİƏ

12 Sentyabr 2024 12:41

Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binaların birində bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 19 radələrində "Azərneftkimyamaş" ASC-də işləyən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik işləri gördüyü zaman "tok" vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun