2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Kapital repatriasiyası isə 3,4 mlrd. dollar təşkil edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
"Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 998 milyon ABŞ dolları (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) olub".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun