Paytaxtımızda keçirilən "Formula-1" yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva açıqlama verib.
O qeyd edib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və "Formula 1"in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.
"Milli Parkın "Ağ şəhər bulvarı", "Azneft meydanı"ndan "Bayıl bulvarı"na qədər olan hissəsi, həmçinin "Bayıl bulvarı"na gişir-çıxış isə sərbəstdir", - deyə Əfsanə Mehdiyevə bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun