Evində əxlaqsızlıq yuvası təşkil edən qadın tutuldu
26 May 2010 13:50
Daxili İşlər Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Yevlax şəhər sakini Rəvanə Abbasovadır.
Onun gəlir əldə etmək məqsədi ilə evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib və DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində yaxalanıb.
Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.
Milli.Az