"Miss Turkey 2024"ün qalibi bəlli olub.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, builki müsabiqənin qalibi İdil Bilgen seçilib.
Münsiflər heyəti Berfu Yenenler, Selen Soyder, Gizem Karaca, Amine Gülse və Neşe Erbek kimi keçmiş Türkiyə gözəllərindən ibarət olub.
İdil Bilgen "Miss Turkey 2024" tacını taxaraq Türkiyəni beynəlxalq arenada təmsil edəcək.
Yarışmada 2-ci yeri Cemre Üker tutub. Üker isə ölkəsini "Miss Suprational"da təmsil edəcək. Onun birinci yerə layiq görülməsi sosial şəbəkə istifadəçilərinin bir çoxu tərəfindən tənqidlə qarşılanıb.
Qeyd edək ki, 24 yaşında və 1,80 sm boyunda olan İdil Bilgen Koç Universitetinin Tibb fakültəsini bitirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun