Atasından İlkinin övladına bahalı hədiyyə - FOTO

12 Sentyabr 2024 10:45

Ötən gün oğlu Rainə təmtəraqlı doğum günü məclisi keçirən aparıcı və aktyor İlkin Həsəni son paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, İlkinin atası Aydın Həsəni nəvəsinə Abşeron rayonunda torpaq sahəsi bağışlayıb.

Bu haqda aparıcı instaqram səhifəsində məlumat yayıb. 

Həsəni sözügedən torpaq sahəsinin çıxarış vərəqəsinin fotosunu izləyiciləri ilə bölüşərək "Rain üçün ən kreativ hədiyyə isə Aydın babasından gəldi" sözlərini yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun