“Arda üçün bunlar çox vacibdir” - Mourinyo

12 Sentyabr 2024 09:26

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə millisinin və "Real Madrid" klubunun gənc ulduzu Arda Gülər barədə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yarımmüdafiəçinin uğurla gələcəyə doğru addımladığını bildirib.

"Real Madrid"də oynamaq üçün xarakter çox vacibdir. Arda Gülər də xarakterini göstərir. Yüksək səviyyəli oyunçudur. Onun üçün millidə oynamaq, Avropa çempionatı kimi böyük turnirlərə çıxmaq, ölkəni çiyinlərində hiss etmək çox vacibdir. Ançelotti öyrənmək üçün böyük baş məşqçidir. Arda fantastik gələcəyə doğru irəliləyir. "Real" dünyanın ən yaxşı gənc oyunçularını tapmaq və cəlb etmək üçün çox yaxşı iş görür", - deyə Mourinyo müsahibəsində deyib.

Qeyd edək ki, Arda Gülər ​​"Real Madrid"lə 16 matçda meydana çıxıb. O, ​​bu qarşılaşmalarda 6 qol vurub. "Kral klubu" ilə müqaviləsi 2029-cu ildə başa çatacaq Gülərin hazırkı transfer qiyməti 45 milyon avrodur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun