Bayden Trampın imza papağını taxıb - FOTO

12 Sentyabr 2024 09:49

Bayden Donald Trump-ın imza papağını taxdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, Pensilvaniyada yanğınsöndürmə işçiləri ilə görüş zamanı ABŞ-ın hazırkı prezidenti sələfinin adı olan papaq geyinməyə cəhd edib.

Ağ Evin izah etdiyi kimi, Bayden beysbol papağını Tramp tərəfdarına geyinmək üçün verdi və əvəzində Amerika bayrağının təsviri və Respublikaçı prezidentliyə namizədin adı olan papaq taxdı.

Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts əlavə edib ki, bu, Baydenin 11 sentyabr hadisəsindən sonra ölkənin iki partiyalı birliyindən danışması zamanı baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun