“Qarabağ” “Qalatasaray” və “Mançester Yunayted”i geridə qoydu

12 Sentyabr 2024 08:47

Azərbaycanın "Qarabağ" klubu yenilənmiş dünya reytinq cədvəlində Türkiyənin "Qalatasaray"ı və İngiltərənin "Mançester Yunayted" komandalarını qabaqlayıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni siyahısında Azərbaycan çempionu 182,75 xalla 52-ci pillədə qərarlaşıb.

"Qalatasaray" (174,5) və "Mançester Yunayted" (169) müvafiq olaraq 57 və 63-cü pillələrdə qərarlaşıb.

Dünya klubları reytinqində ilk üçlüyü qapadır :

▪️"Real Madrid" (İspaniya, 403),
▪️"Mançester Siti" (İngiltərə, 368),
▪️"Bayer" (Almaniya, 353)

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun