Almaniya müdafiəyə 75 milyard avro ayıracaq

12 Sentyabr 2024 06:37

Almaniya gələn il təhlükəsizlik və müdafiəyə 75 milyard avrodan çox vəsait xərcləyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.

"Gələn il ayrıca büdcə planından 53,25 milyard avro ayrılacaq. Bu, əvvəlki ildəkindən 1,3 milyard avro çoxdur. Amma mən tələb edəndən azdır", - nazir deyib.

Pistorius əlavə edib ki, Bundesver üçün xüsusi fonddan daha 22 milyard avro ayrılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun