Həmin gündən 23 il ötür - FOTOlar

11 Sentyabr 2024 23:41

Bütün dünyada 11 sentyabr hadisələri kimi tanınan böyükmiqyaslı terror aktından 23 il ötür.

"Qafqazinfo"nun məlumatına görə, 2001-ci ildə ABŞ-də 4 ildən bir keçirilən prezident seçkilərinin ən qızğın vaxtına təsadüf edən terror zamanı 4 ədəd təyyarə ölkənin böyük inzibati binalarına hücum təşkil edib.

Həmin gün Birləşmiş Ştatlarda dörd sərnişin təyyarəsinin koordinasiyalı şəkildə qaçırılması nəticəsində 3000-ə yaxın insan həlak olub.

Belə ki, "Boeing 767" tipli iki təyyarə Dünya Ticarət Mərkəzinin 110 mərtəbəli əkiz qüllələrinə, "Boeing 757" tipli üçüncü təyyarə Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin inzibati binası) binasına çırpılıb.

"Boeing 757" tipli dördüncü təyyarə isə terrorçular və göyərtəsində olan insanlar arasında mübarizədən sonra Pensilvaniyadakı bir sahəyə çırpılıb.

Bir sıra mənbələrdə "Airlines" aviakampaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun