Kobaxidze müxalifətlə debatdan imtina etdi

11 Sentyabr 2024 23:51

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətlə debatdan imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı İrakli Kobaxidze özü jurnalistlərə açıqlamasında deyib.

Hökumət başçısının sözlərinə görə, müxalifətin hakimiyyətlə debata bir neçə şansı var idi. Onlar bu şansları əldən veriblər:

"Məsələn, məni parlamentə dəvət etməli idilər, amma heç vaxt bunu etmədilər. Mən illik hesabatımı verəndə parlamentə gəlməyə cəsarət etmədilər. Belə bir şəraitdə müxalifətin debatlardan danışması heç bir əhəmiyyət kəsb etmir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun