Baş leytenant vəfat etdi - FOTO

11 Sentyabr 2024 19:20

44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Unikal"a onun yaxınları məlumat veriblər.

1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun