“Bəzilərinin həcisi var, mənimsə mollam?”

11 Sentyabr 2024 18:42

Müğənni Ofeliya Şabanova keçirdiyi mətbuat konfransında həmişə olduğu kimi yenə diqqət çəkən açıqlamalar verib.

Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran müğənni  "Deyirlər sizə bir molla sponsorluq edir, bu doğrudurmu?" sualına belə cavab verib:

"Bunu ilk dəfə sizdən eşitdim. Bəzilərinin həcisi var, mənimsə mollam? İraq olsun. Mən özüm mollayam, mollanı neynirəm. Mənim sənətə gəlişimə şairə Hasilə xanım dəstək olub. O, hacıxanımdır. Yəqin bunu eşidib, fərqli şəkildə yozublar. Mənim alnım açıq, üzüm ağdır".

Görəsən, Ofeliya Şabanova ölkə şou-biznesində nömrə bir olmağı hədəfləyib?

Bu suala isə müğənni belə cavab verib:

"Hamıdan yüksəkdə Allah durur. Heç kim deyə bilməz ki, mən bir nömrəyəm. Amma sizə burada söz vermirəm. Dünya arenasına çıxacam. İddialı xanımam. Özüm heç də Aygündən, Röyadan zəif müğənni hesab eləmirəm".

Qeyd edək ki, Ofeliya Şabanova rejissor Elvin Nüsrətoğlunun tərtib etdiyi maraqlı konsert proqramı ilə Azərbaycanın bölgələrinə qastrol səfərinə sabah start verəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun