Tanınmış bodibildinqçi 36 yaşında öldü

11 Sentyabr 2024 15:53

Belaruslu bodibildinqçi İlya Qolem Yefimçuk dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 36 yaşlı idmançının həyat yoldaşı Anna Yefimçuk sosial şəbəkədə açıqlama verib.

O, sentyabrın 6-da bodibildinqçinin ürəyinin dayandığını, lakin təcili yardım helikopteri vasitəsilə xəstəxanaya çatırılmasına rəğmən, həyatını xilas etməyin mümkün olmadığını deyib.

Qeyd edək ki, İlya Qolem Yefimçuk daha əvvəl açıqlamasında gündə yeddi dəfə yemək yediyini söyləmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun