Azərbaycanda yas-yasa qarışdı: ölən var - YENİLƏNİB

11 Sentyabr 2024 16:24

Abşeronda yasda vəfat edən kişinin ölüm səbəbi məlum olub. 

Mərhumun yaxınları lent.az-a bildirib ki, Cəlal Rəfiyev yas məclisində ürək tutmasından dünyasını dəyişib. 

-------

14:35

Azərbaycanda yasda ölüm hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən "Qədirxum" xeyir-şər evində qeydə alınıb.

Orada yas məclisinə qatılan, 1946-cı il təvəllüdlü Cəlal Rəfiyev aş yeyən zaman nəfəs borusunda qida qalması nəticəsində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun