Həvəskar balıqçıların tutduğu ov heyrətə gətirdi: "İlk dəfə bu qədər..." - FOTO

11 Sentyabr 2024 23:28

Türkiyəli həvəskar balıqçıların toruna 41 kq çəkisində nəhəng qruper düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olan balıq Edirnədə Meriç çayından tutulub.

Bildirilir ki, Aralıq dənizinin ən böyük balıqlarından biri olan və daş xanı balığı kimi də tanınan qruper adətən 20-30 kq çəkidə olur. Buna görə də Çanaqqaladan olan İsmayıl Yeni və Ayhan Ardanın nəhəng ovları ölkədə böyük maraqla qarşılanıb.

Balıqçılar ovlarını yerli balıq mağazasına kiloqramı 170 lirəyə (təxminən 8.5 manat) satıblar.

Həvəskar balıqçılar maraqlı hobbilərini davam etdirməyi planlaşdırırlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun