Xərçəngin diaqnostikasında bahalı analizlərə son

11 Sentyabr 2024 14:32

Süni intellekt xərçəng toxumalarının şəklini çəkməyi öyrənib. Bu, xəstəliyin diaqnostikası üçün çox vacib bir ixtiradır. Yeni alət xərçəngin analizini təkmilləşdirir və xərcləri azaldır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə elm adamlarının "Nature Machine Intelligence" jurnalında dərc olunan tədqiqat materialında xəbər verilib.

Bildirilir ki, "VirtualMultiplexer" adlı model xərçəngin diaqnostikasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.

Yeni modelin bahalı laboratoriya analizlərindən yayınmağa kömək edəcəyi vurğulanıb.

"Yoxlamalar virtual şəkillərin dəqiq və klinik cəhətdən faydalı olduğunu təsdiqləyir. Bu texnologiya fərziyyələri formalaşdırmağa və eksperimentləri planlaşdırmağa kömək edərək, xərçəng tədqiqatlarını və diaqnostikasını yaxşılaşdırmaq potensialına malikdir" , - deyə alimlər vurğulayıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun