Səfirlik: ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb

11 Sentyabr 2024 12:16

ABŞ-nin Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları anılıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.

Mərasimdə səfir Mark Libby və səfirliyin əməkdaşları iştirak edib.

Qeyd olunub ki, ABŞ ölkə tarixi üçün faciəvi olan həmin günlərdə Azərbaycanın onunla birgə olduğunu və dəstəyini unutmayıb.

"Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar. Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq", - paylaşımda deyilir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsi zamanı ümumilikdə 2977 nəfər ölüb. Onlardan 246 nəfəri qaçırılan təyyarələrin sərnişinləri, 2755 nəfəri isə təyyarələrin çırpıldığı binaların içərisində olanlardır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun