Qapıçı ölkəsindən çayı üzərək QAÇDI

11 Sentyabr 2024 10:31

Ukraynalı qapıçı Denis Şelixov Tisa çayını üzərək Ukraynadan qaçıb və ardınca futbolçu Belarusun "Slaviya"sı ilə müqavilə imzalayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Şelixovun iki aydır çayda üzmək üçün məşq etdiyi bildirilib. Qolkiper bu məlumatla bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, 35 yaşlı qolkiperin son klubu Ukraynanın "Viktoriya"sı olub. O, ölkəsinin "Dnepr", "Volın", "Nikolayev", "Metalist 1925", LNZ, Belarusun "İsloç" və "Luç" klublarında da çıxış edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun