Eynşteynin məktubu 4 milyon dollara satıldı - FOTO

11 Sentyabr 2024 10:46

Müasir nəzəri fizikanın banisi Albert Eynşteynin ABŞ-nin 32-ci Prezidenti Franklin Ruzveltə (1933-1945) yazdığı məktub çərşənbə axşamı "Christie's" hərracında 3,992 milyon dollara satılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.

Sənədin təxmini dəyəri 4-6 milyon dollar olub.

2 avqust 1939-cu il tarixli məktubunda fizik nasist Almaniyasının nüvə proqramı ilə bağlı gördüyü işləri təsvir edir və bu elmi araşdırmanın nüvə bombasının yaradılmasına gətirib çıxara biləcəyini qeyd edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun