Bu da Paşinyanın Göyçədəki malikanəsi: “107 manat xərcləyiblər” – FOTOlar

11 Sentyabr 2024 09:44

Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasının üzvləri Baş nazir Nikol Paşinyanın Göyçədəki iqamətgahında toplaşıblar.

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Nəşr iddia edir ki, "Paşinyan ailəsinə çox xərc düşməməsi üçün" qonaqlar hərəsi 25 min dram (təxminən 107 manat) xərcləyib.

Məlumata görə, budəfəki toplantı əvvəlkilərdən fərqlənib. Belə ki, hansısa ciddi danışıqlar olmayıb, yalnız əyləncə formatında keçib. Tədbirə DJ dəvət olunub, partiya üzvləri rəqs edib, əyləniblər.

Paşinyan qonaqlara otaqları, hamam-tualeti, manqal sahəsini və digər hissələri göstərib.

Daha sonra Ermənistan baş naziri partiya üzvlərini qayıqla Sevan (Göyçə gölü - red.) səyahətinə çıxarıb.

"Hraparak" yazır ki, Paşinyan bununla ölkədə keşiş Baqrat Qalstanyanın etirazlarının gözlənildiyi vaxtda "hər şey qaydasındadır, narahat olmağa heç bir əsas yoxdur" mesajını verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun