Azərbaycanlı müğənni Türkiyədə konsertdən QOVULUB? - VİDEO - Açıqlama

12 Sentyabr 2024 15:58

15:58

Sosial mediada azərbaycanlı müğənninin guya fonoqram oxuduğu üçün Türkiyədə konsertdən qovulması barədə yayılan görüntülər həqiqəti əks etdirmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkədə videonu yayan şəxsin özü etiraf edib.

O bildirib ki, xarici ölkələrdən birində gördüyü videonu montaj edərək yayıb.

Qeyd edək ki, Türkiyədə guya azərbaycanlı müğənni olduğu bildirilən xanımın fonoqram oxuduğu üçün konsertdən qovulduğu məlumatını sosial şəbəkələrə istinadla media da tirajlayıb. Lakin axtarışlarda "hadisə"nin baş verdiyi tarix, məkan, o cümlədən belə bir müğənninin mövcudluğu təsdiqlənməyib.

----------------
2024.09.11


Sosial mediada yayılan video diqqət çəkib.

Milli.Az xəbər verir ki, sözügedən görüntü ötən Türkiyədə konsert məkanlarının birində qeydə alınıb.

Tanınmış azərbaycanlı müğənninin olduğu iddia edilən xanımın mühafizəçilər tərəfindən konsert zalından uzaqlaşdırılması görülür. 

Sözügedən şəxsin kimliyi suallar doğurub. İzləyicilər müxtəlif rəylərlə baş verən olaya reaksiya veriblər.

Həmin görüntüləri təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun