Taliban bu ölkədəki səfirliyi bağlayır

11 Sentyabr 2024 07:15

Əfqanıstanın Norveçdəki səfirliyi fəaliyyətini dayandırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Norveçdəki səfirliyi məlumat yayıb.

Belə bir addım atılmasına səbəb kimi Talibanın keçmiş hökumət tərəfindən yaradılmış diplomatik missiyaları, o cümlədən Norveçdəki missiyanı artıq tanımaması göstərilib.

Diplomatik missiyanın sentyabrın 12-də bağlanacağı bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun