ABŞ-da ölümcül xəstəlik: Sakinlərə xəbərdarlıq edildi

11 Sentyabr 2024 00:21

ABŞ-da şərq at ensefaliti (EEV) virusunun yayılması ilə əlaqədar iki ştatın sakinlərinə axşam saatlarında evlərini tərk etməmək tövsiyə edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Meyl" məlumat yayıb.

Bildirilib ki, Vermont və Massaçusets ştatlarında insanların ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam ictimai tədbirlər ləğv edilməyə başlanılıb. Belə ki, bu virusu ağcaqanadlar yayır.

Virus insanlarda beynin şişməsinə və nəticədə ölümcül fəsadlara səbəb ola bilər.

Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin artdığı bir dövr olan axşam saat 6-dan səhər 6-ya qədər çölə çıxmamağı tövsiyə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun