Zaxarova: Rusiya Çinlə əməkdaşlığa görə ABŞ-yə hesabat vermək niyyətində deyil

10 Sentyabr 2024 23:30

Rusiya Çinlə əməkdaşlığa görə ABŞ-yə hesabat vermək niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "RTVI" telekanalına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Çinlə münasibətləri qarşılıqlı faydalı şəkildə, beynəlxalq hüquqa tam uyğun şəkildə qururuq və ABŞ-yə hesabat vermək fikrində deyilik", - Zaxarova vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə "Politico" yazmışdı ki, Moskva hərbi yardım müqabilində Pekinə qabaqcıl hərbi texnologiyalarla kömək edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun