“Gecə” barında adam öldürən azərbaycanlıya HÖKM OXUNDU

10 Sentyabr 2024 23:02

Saratovda qəsdən sağlamlığa ağır zərər vurma, nəticədə insan ölümünə səbəb olmaqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 10-da Rusiya İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"İstintaq və məhkəmə müəyyən edib ki, məhkum 2023-cü il oktyabrın 17-də Orconikidze meydanında yerləşən müəssisələrdən birində qonaqlardan biri ilə münaqişə zəminində onun başına dəfələrlə zərbələr endirib.
Zərərçəkmiş aldığı xəsarətlərdən oktyabrın 24-də xəstəxanada ölüb.

Məhkəmə azərbaycanlını ciddi rejimli koloniyada 6 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq-mühafizə orqanlarındakı mənbəsi ölümlə nəticələnən davanın Saratovdakı "Gecə" barında baş verdiyinə aydınlıq gətirib. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun