ABŞ dominantlığını saxlamağa çalışır - Putin

10 Sentyabr 2024 21:42

ABŞ nəyin bahasına olursa olsun, Ukraynadan istifadə edərək, Rusiyanı strateji məğlubiyyətə uğratmağa, dünyada dominantlığını qoruyub saxlamağa çalışır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, ABŞ orta və qısa mənzilli raketləri Asiya-Sakit okean regionunda yerləşdirmə planlarını açıq şəkildə bəyan edib.

Qeyd edək ki, ABŞ-ın Yaponiyaya "Tayfun" raket komplekslərini yerləşdirəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun