Dənizin ortasında yuxuya getdi - 3 km uzaqdan tapdılar - VİDEO

10 Sentyabr 2024 20:05

Türkiyə qeydə alınan görüntü marağa səbəb olub.

Milli.Az xəbər verir ki, ölkənin istirahət mərkəzlərindən birinə üz tutan gənc oğlan "dəniz yatağında" uzanarkən yuxuya gedib. 

Ondan xəbər ala bilməyən yaxınları xilasetmə xidmətinə müraciət ediblər.

Özündən bixəbər vətəndaş dəniz sahilindən 3 km-dən uzaq məsafədə tapılıb. Yalnız ona yaxınlaşan zaman ayılan gəncin "Nə olub" deyə, sual ünvanlaması gülüş doğurub.

Həmin görüntünü təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun